Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağdam rayon sakini Elşən Quliyev tutulmuşdur

17.11.2015

Noyabrın 17-də Mingəçevir şəhərində naməlum şəxs Yevlax rayon sakini Surət Əlimirzəliyə bıçaqla xəsarət yetirib mobil telefonunu almışdır.

Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ağdam rayon sakini Elşən Quliyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün şəhər ərazisində “Ford” markalı avtomobilin sürücüsü Elgün Hacıyevi bıçaqla hədəyib 6 manatını alması da müəyyən edilmişdir.    

Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.