Daşkəsən rayonunun Gurbulaq kəndində yaşayan Yaqub Tağıyev ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində aldığı xəsarətdən ölmüşdür
14.11.2015Noyabrın 14-də Daşkəsən rayonunun Gurbulaq kəndində yaşayan Yaqub Tağıyev evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət almışdır. O, xəstəxanaya aparılarkən ölmüşdür.
Daşkəsən RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd müvafiq sənədləri olan “İJ-16” markalı tüfəng götürülmüşdür.
Araşdırmalar aparılır.