Avtomobillərdən oğurluq etmiş Sumqayıt şəhər sakini Şahnəzər Salayev tutulmuşdur
14.11.2015Noyabrın 14-də Corat qəsəbəsində qəsəbə sakini Elvin Şıxverdiyevə məxsus “VAZ-21015” markalı avtomobildən maqnitofon, səsgücləndiriclər və akkumulyator, habelə atası Eldara məxsus “Opel” markalı avtomobildən akkumulyator oğurlanmışdır.
Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Şahnəzər Salayev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün Corat qəsəbə sakini İlham Əsgərova məxsus “VAZ-21012” markalı avtomobildən oğurluğa cəhd göstərməsi də müəyyən edilmişdir.