Xətai rayonunun Zığ yolu küçəsində qəza hadisəsi
14.11.2015Noyabrın 14-də saat 10 radələrində Xətai rayonunun Zığ yolu küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Fəridə Fərzəliyeva vurulmuşdur. F.Fərzəliyevaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.