Gün ərzində 79 cinayət faktı qeydə alınmışdır
13.11.2015Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 79 cinayət faktı qeydə alınmış, onların da 28-i “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 17 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 3 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 34 nəfər tutulmuşdur.