Nərimanov rayonunun Atatürk prospektində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini P.Qurbanova vurulmuşdur
13.11.2015Noyabrın 13-də saat 22 radələrində Nərimanov rayonunun Atatürk prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Püstəxanım Qurbanova vurulmuşdur. P.Qurbanovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.