Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şirvan şəhər sakini Tural Salmanov və Əli Ağami tutulmuşlar

07.11.2015

Noyabrın 5-də Şirvan şəhərində Elvin Nəciyevin və Zaur Sarıbalayevin qətlə yetirilmələri barədə verilmiş məlumatla əlaqədar araşdırmalar zamanı Z.Sarıbalayevin  E.Nəciyev tərəfindən, E.Nəciyevin isə Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Ağami tərəfindən qətlə yetirilməsi müəyyən edilmişdir.

Ə.Ağami və cinayətdə iştirak etmiş digər şəxs Şirvan şəhər sakini Tural Salmanov polis və prokurorluq orqanları əməkdaşları tərəfindən tutulmuşlar. T.Salmanov ifadəsində hadisə zamanı üzərində olan tapançanı Şirvan şəhər mərkəzi xəstəxanasının həyətinə atmasını bildirmişdir.

Xəstəxananın həyətinə baxış zamanı “Makarov” markalı tapança, patron darağı və 4 ədəd patron aşkar edilərək götürülmüşdür.