Oğurluq etdiyinə görə tutulmuş Şabran rayon sakini Sərxan Məmmədovun digər cinayət əməli də müəyyən edilmişdir
07.11.2015Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-də Mehriban Həsənovanın evindən məişət əşyaları oğurlamış Şabran rayon sakini Sərxan Məmmədov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Elşən Şərbətovun evindən 780 manat və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.