Şirvan şəhər sakinləri Elvin Nəciyevi və Zaur Sarıbalayevi odlu silahdan açılan atəşlə qətlə yetirmiş naməlum şəxsin müəyyən edilib tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır
05.11.2015Noyabrın 5-də Şirvan şəhərinin T.Ələkbərov küçəsində yerləşən kafedə naməlum şəxs tapançadan açdığı atəşlə şəhər sakinləri Elvin Nəciyevə və Zaur Sarıbalayevə xəsarət yetirib hadisə yerini tərk etmişdir. Z.Sarıbalayev hadisə yerində, xəstəxanaya yerləşdirilmiş E.Nəciyev isə orada ölmüşlər.
Hadisə yerinə baxış zamanı “Makarov” markalı tapançaya aid 1 ədəd patron və 3 ədəd giliz aşkar edilərək götürülmüşdür.
Şirvan ŞPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.