Avtomaşınlardan oğurluq etmiş paytaxt sakini Rizvan Şamilov tutulmuşdur
05.11.2015Noyabrın 5-nə keçən gecə Xətai rayonunun M.Hadi küçəsində Bakı şəhər sakinləri Rövşən İbrahimova məxsus “BMW”, Səttar Cavadova məxsus “Mitsubishi” və Zaur Ağayevə məxsus “Mercedes” markalı avtomobillərdən şüşəni sındırmaq yolu ilə 20 manat, geyim əşyası, açar və sənəd oğurlanmışdır.
Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Rizvan Şamilov tutulmuşdur.