Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Paytaxt ərazisində avtomobillərdən oğurluq etmiş E.Miriyev saxlanılmışdır

31.10.2015

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, "Təhlükəsiz Şəhər" Xidməti, Bakı BPİ DYPİ və Suraxanı RPİ 33-cü PB əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat tədbirləri ilə Esmira Cəfərovaya, İlkin Yusubova, Rizvan Həsənova, Ramil Əliyevə, Bahadur Beydiyevə və Rafiq Kərimova məxsus avtomobillərdən oğurluğun, habelə Samir Ağayevə məxsus avtomobildən oğurluğa cəhdin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emil Miriyev tərəfindən törədilməsi müəyyən edilmişdir.

Həyata keçirilmiş tədbirlərlə E.Miriyev oktyabrın 30-da Nobel prospektində “Runna” markalı avtomobili idarə edərkən saxlanılmışdır. Avtomobilə baxış zamanı 11,52 qram marixuana aşkar edilərək götürülmüşdür.

31.10.2015 tarixinə olan kriminal məlumatlar