Səbail rayonunun Salyan şossesində yol-nəqliyyat hadisəsi
31.10.2015Oktyabrın 31-də saat 14 radələrində Səbail rayonunun Salyan şossesində Bakı şəhər sakinləri Səxavət Salahovun və Nizami Mehdiyevin idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Hər 2 sürücü, habelə N.Mehdiyevin 2 sərnişini xəstəxanaya yerləşdirilmişlər. N.Mehdiyevin vəziyyəti ağır, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Səbail RPİ tərəfindən araşdırma aparılır.