Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini Səbuhi Məmmədov, Hacıqabul rayon sakinləri - Güləhməd Mirzəyev və Natiq Kazımov saxlanılmışlar

27.10.2015

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini Səbuhi Məmmədov, həmçinin Hacıqabul rayon sakinləri - Güləhməd Mirzəyev və Natiq Kazımov saxlanılıb.

Keçirilən tədbirlərlə onların Gülnar adlı şəxs vasitəsi ilə barələrində rüsvayedici videolar yayacaqları hədəsi ilə bir neçə vətəndaşdan külli miqdarda pul almaları müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarə əməkdaşları tərəfindən Şirvan şəhər sakini Gülnar Əhmədova da tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, efirdə gördüyünüz dəstə üzvlərinin cinayət əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə aidiyyəti üzrə polis orqanlarına və ya 012-590-66-58 nömrəsinə zəng edərək məlumat verə bilərlər.

27.10.2015 tarixinə olan kriminal məlumatlar