Saxta pul hazırladığına tutulmuş Müşfiq Zalovun evinə baxış zamanı surətçıxarma aparatı və digər ləvazimatlar aşkar edilərək götürülmüşdür
27.10.2015Göyçay RPŞ əməkdaşları tərəfindən oktyabrın 26-da saxta pul hazırladığına tutulmuş Müşfiq Zalovun Sulutəpə qəsəbəsindəki yaşadığı evə baxış zamanı “HP” markalı surətçıxarma aparatı, üzərində 20 manatlıq saxta əsginasın ön tərəfinin görünüşü olan 3 ədəd kağız və digər ləvazimatlar aşkar edilərək götürülmüşdür.