Səbail rayonunun Azərbaycan prospektində yol-nəqliyyat hadisəsi
27.10.2015Oktyabrın 27-də saat 17 radələrində Səbail rayonunun Azərbaycan prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Sadıq Rəhimov vurulmuşdur. S.Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.