Mağazaya saxta əskinaslarlar təqdim etmiş Göyşay rayon sakini Abdulla Abdullazadə, Şükür Gözəlov və Bakı şəhər sakini Müşfiq Zalov tutulmuşlar
26.10.2015Oktyabrın 26-da Göyşay rayonunun Hacalı kənd sakini Oqtay Osmanova məxsus mağazaya gəlmiş şəxsiyyəti məlum olmayan 3 nəfər ona saxta 20 manatlıq əsginas verib ərzaq məhsulları almışdır.
Göyşay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini Abdulla Abdullazadə, Şükür Gözəlov və Bakı şəhər sakini Müşfiq Zalov tutulmuşlar.
A.Abdullazadənin Hacalı kəndində yaşayan əmisi Zahir Abdullayevin həyətyanı sahəsinə baxış zamanı 16 ədəd saxta 20 manatlıq əsginas aşkar edilərək götürülmüşdür.