36-cı Polis Bölməsinin əməkdaşı İltifat Bayramovu yaralamış Yevgeniy Antonovskiy tutulmuşdur
26.10.2015Oktyabrın 26-da saat 05 radələrində Xətai rayonu ərazisində xidmətdə olan 36-cı Polis Bölməsinin əməkdaşları İltifat Bayramov və İsmayıl Şahbazov şübhə doğuran 2 nəfərə yaxınlaşarkən onlardan biri odlu silahdan açdığı atəşlə İ.Bayramova ayaq nahiyəsindən xəsarət yetirib hadisə yerini tərk etmişlər.
Görülmüş tədbirlərlə onlardan biri - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yevgeniy Antonovskiy tutulmuş və ondan kustar üsulla hazırlanmış tapança götürülmüşdür.
Araşdırmalar aparılır.