Oktyabrın 17-də Şəki rayon sakini N.Nəbiyevə məxsus ev quşlarını oğurlamış Ş.Abdullayeva tutulmuşdur
17.10.2015Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-də Nürəddin Nəbiyevə məxsus 18 ev quşunu oğurlamış rayon sakini Şəfəq Abdullayeva tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün Sərayə Süleymanovaya məxsus 9 ev quşunu oğurlaması da müəyyən edilmişdir.