Biləsuvar rayonunda idarə etdiyi avtomobillə Bakı şəhər sakini İ.Məmmədovanı vuran sürücünün şəxsiyyəti müəyyən edilmişdir
17.10.2015Oktyabrın 15-də saat 01 radələrində Biləsuvar rayonunun Arazbarı kəndində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini İlahə Məmmədova vurulmuş və o, xəsarətlə xəstəxanaya yerləşdirilmişdir.
Hadisənin “Hyundai” markalı avtomobilin sürücüsü, İmişli rayon sakini Şahmalı Şirinli tərəfindən törədilməsi müəyyən edilmişdir.
Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.