Oktyabrın 5-də F.İbrahimovanın evindən qızıl əşyalar oğurlamış şəxslər tutulmuşlar
08.10.2015Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 5-də Fərqanə İbrahimovanın evindən qızıl əşyalar oğurlamış Bakı şəhər sakinləri Namiq Pirverdiyev, Simran İlyasov və Niyaz Fərəməzov tutulmuşlar. N.Pirverdiyevdən 5,21 qram marixuana götürülmüşdür.