Neftçala rayon sakini T.Məmmədova məxsus mağazadan oğurluq etmiş şəxslər tutulmuşlar
08.10.2015Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da Toğrul Məmmədova məxsus mağazadan 200 manat və tütün məmulatı oğurlamış Salyan şəhər sakinləri İsmayıl Məlikov və Orxan Əliyev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların hadisəni həmyerliləri Əhəd Bağırov və Mirələkbər Həsənovla birgə törətmələri müəyyən edilmişdir.