Oğurluq etmiş Bakı şəhər sakinləri Hüseyn Hüseynov, Əziz Babayev və Orxan Səlimov tutulmuşlar
03.10.2015Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Almurad Rəhimova və Fuad Əliyevə məxsus evlərdən məişət əşyaları oğurlamış Bakı şəhər sakinləri Hüseyn Hüseynov, Əziz Babayev və Orxan Səlimov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların cari il avqust ayının 28-nə keçən gecə Seyran Kərimovun yaşadığı Pirşağı qəsəbəsindəki evdən məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.