Səbail rayonunun Neftçilər prospektində yol-nəqliyyat hadisəsi
03.10.2015Oktyabrın 4-də saat 07 radələrində Səbail rayonunun Neftçilər prospektində Qazax rayon sakini Azər Mehrəliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Şəki rayon sakini Laçın Mustafayevi vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş L.Mustafayev orada ölmüşdür.
Səbail RPİ tərəfindən araşdırma aparılır.