Suraxanı qəsəbə sakini V.Əliyevi bıçaqla hədələyərək pulunu və gümüş boyunbağısını almış şəxslər tutulmuşlar
29.09.2015Sentyabrın 30-da Suraxanı qəsəbə sakini Vaqif Əliyev Suraxanı RPİ 31-ci PB-yə müraciət edib sentaybrın 26-da qəsəbə ərazisində Namiq adlı şəxsin onu bıçaqla hədələyərək 50 manatını, sentyabrın 28-də isə Rauf adlı şəxsin onu bıçaqla hədələyərək gümüş boyunbağısını almalarını bildirmişdir.
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Rauf Əliyev və Namiq Həsənov tutulmuşlar.