Paytaxtın Nizami rayonunda yaşayan İ.Yaqubovun evindən oğurluğa cəhd göstərmiş Qazax rayon sakini N.Əzizov ev sahibi tərəfindən tutulmuşdur
29.09.2015Sentyabrın 30-da paytaxtın Nizami rayonunda yaşayan İldrım Yaqubovun evindən oğurluğa cəhd göstərmiş Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Nemət Əzizov ev sahibi tərəfindən tutulmuşdur.
Nizami RPİ 23-cü PB əməkdaşları tərəfindən N.Əzizovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Rəhimə Cavadovanın evindən 241 manat oğurlaması da müəyyən edilmişdir.