Sentyabrın 9-da G.Nəbiyevanın evindən qızıl əşyalar oğurlamış Cəlilabad rayon sakini T.Əliyev tutulmuşdur
29.09.2015Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da Gülsüm Nəbiyevanın evindən qızıl əşyalar oğurlamış Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Əliyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 11 vətəndaşa məxsus evdən pul, qızl və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.