Beyləqan rayonunun Örənqala kənd sakini Şəmistan Qəhrəmanova qayçı ilə xəsarət yetirmiş Elçin Qarayev tutulmuşdur
18.09.2015Sentyabrın 19-da Beyləqan rayonunun Örənqala kəndindəki çayxanada kənd sakini Elçin Qarayev münaqişə zəminində həmkəndlisi Şəmistan Qəhrəmanova qayçı ilə xəsarət yetirmişdir. Xəstəxanaya yerləşdirilmiş Ş.Qəhrəmanov orada ölmüşdür.
Beyləqan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qarayev tutulmuşdur.