Ağdam rayonunun Sarcalı kəndində yol-nəqliyyat hadisəsi
18.09.2015Sentyabrın 19-da saat 14 radələrində Ağdam rayonunun Sarcalı kəndində rayon sakini Faiq Pənahovun və Ağcabədi rayon sakini Əkbər Qasımovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşmuşdur. F.Pənahov hadisə yerində ölmüş, xəsarət almış Ə.Qasımov və 3 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Ağdam RPŞ tərəfindən araşdırma aparılır.