Gürcüstan vətəndaşı Turab Hacıyevin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş sürücü müəyyən edilmişdir
12.09.2015Sentyabrın 12-də paytaxt ərazisində Gürcüstan vətəndaşı Turab Hacıyevin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “Kia” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Şamil Kərimov tərəfindən törədilməsi Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Suraxanı RPİ əməkdaşları tərəfindən müəyyən edilmişdir.