Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yol-nəqliyyat hadisəsi
12.09.2015Sentyabrın 13-də saat 09 radələrində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Masazır qəsəbə sakini Elnur Hacıyevin idarə etdiyi “VAZ-21154” markalı və Sumqayıt şəhər sakini Seymur Orucovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşmuşdur. E.Hacıyevin sərnişini, Bakı şəhər sakini Tərlan Süleymanov hadisə yerində ölmüş, hər 2 sürücü və S.Orucovun 1 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.