Oğurluğa görə tutulmuş Masallı rayon sakini Emin Qurbanovun digər cinayət əməli törətməsi də müəyyən edilmişdir
10.09.2015Baş Cinayət Axtarışı İdarəsi və Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da rayon sakini Ruslan Quliyevə, Rusiya Federasiyası vətəndaşları Roman Quliyevə və Renat Quliyevə məxsus mobil telefonları oğurlamış Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Emin Qurbanov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 15-də Bəxtiyar Hüseynova məxsus 68 manat və sənədləri oğurlaması da müəyyən edilmişdir.