Abşeron rayonunun Goradil qəsəbəsində yol-nəqliyyat hadisəsi
10.09.2015Sentyabrın 11-də saat 21 radələrində Abşeron rayonunun Goradil qəsəbəsində Bakı şəhər sakini Oqtay Əliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerliləri Rövşən İbrahimovu və Əmrah Gülməmmədovu vurmuşdur. Hər iki piyada xəstəxanaya yerləşdirilmişdir.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.