Bakı şəhər sakini Ruslan Juravel tutulmuşdur
08.09.2015Sentyabrın 7-də Xətai rayonu ərazisində, yataqxanalardan birində yaşayan Minzilə Zakiyevanın mənzilinə girmiş naməlum şəxs, onu bıçaqla hədələyərək 200 manat pulunu alıb hadisə yerini tərk etmişdir.
Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Ruslan Juravel tutulmuşdur.