Gəncə şəhərində yol-nəqliyyat hadisəsi
08.09.2015Sentyabrın 9-da saat 01 radələrində Gəncə şəhərində müəyyən edilməmiş avtomobillə şəhər sakini Vüqar Əkbərovun idarə etdiyi “VAZ-21063” markalı avtomobil toqquşmuşdur. V.Əkbərova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə hadisənin “VAZ-21011” markalı avtomobilin sürücüsü Ruslan İsmayılov tərəfindən törədilməsi müəyyən edilmişdir.
Araşdırma aparılır.