Lənkəran rayonunun Gərmətük qəsəbəsində yol-nəqliyyat hadisəsi
04.09.2015Sentyabrın 5-də saat 17 radələrində Lənkəran rayonunun Gərmətük qəsəbəsində rayon sakinləri Fail Hüseynovun idarə etdiyi “Mercedes” və Hidayət Məmmədovun idarə etdiyi “VAZ-21053” markalı avtomobillər toqquşmuşdur. Nəticədə H.Məmmədov və azyaşlı nəvəsi Zeynəb Məmmədova xəstəxanaya yerləşdirilmiş, H.Məmmədov orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.