Quba rayonunun Paşa-oba kəndində yol-nəqliyyat hadisəsi
04.09.2015Sentyabrın 5-də saat 10 radələrində Quba rayonunun Paşa-oba kəndində Bakı şəhər sakini Nurməmməd Əzizov idarə etdiyi “Mitsubishi” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə N.Əzizov və sərnişinlərindən Ukrayna vətəndaşı Əziz Əzizov hadisə yerində ölmüş, 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.