Sabirabad rayonunun Çiçəkli kənd sakini Əlisəfa Əliyevə məxsus həyətyanı sahədən narkotik vasitə aşkar edilərək götürülmüşdür
02.09.2015Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çiçəkli kənd sakini Əlisəfa Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 11 kiloqram 220 qram olan 19 ədəd çətənə kolu, habelə evinə baxış zamanı 750 qram marixuana aşkar edilərək götürülmüşdür.