Fərid Sadıyevə və Adil Zahidova məxsus mobil telefonları soyğunçuluq yolu ilə almış şəxslər saxlanılmışlar
02.09.2015Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də Fərid Sadıyevə və Adil Zahidova məxsus mobil telefonları soyğunçuluq yolu ilə almış Kürdəmir rayon sakinləri Ricay Hidayətov, Hacıağa Həsənov, Bakı şəhər sakini Əli Hacıyev və Xaçmaz rayon sakini Rövşən Məmmədov tutulmuşlar. Onların cari il avqust ayının 30-da Bakı şəhər sakini Səttar Mehdiyevin etimadını qazanıb mobil telefonunu almaları da müəyyən edilmişdir.