Nəsimi rayonu ərazisində paytaxt sakini Ə.Quliyevi döyərək pulunu və üzüyünü almış şəxslər tutulmuşlar
19.08.2015Avqustun 19-da Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Bakı şəhər sakini Əli Quliyevi döymüş, habelə bıçaqla hədələyərək 52 manatını və üzüyünü almışdır.
RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Asiman Yusifli və Salyan rayon sakini Əli Əliyev tutulmuşlar.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.