Bir neçə növ cinayət əməllərinə görə tutulmuş B.Məmmədovun evlərdən oğurluq etməsi də müəyyən edilmişdir
19.08.2015Avqustun 19-da narkotik vasitə, saxta pul və quldurluq etdiyinə görə tutulmuş Bəxtiyar Məmmədovun ətrafında Baş Cinayət-Axtarış İdarəsi və Gəncə ŞBPİ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə, onun Hicran Namazova, habelə cari il iyun-iyul aylarında şəhər sakinləri Firdovsi Əliyevə, İlqar Səfərova, Qabil Bayramova və Dürdanə Zalovaya məxsus evlərdən pul, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.