Beyləqan rayon sakini L.Bəyişov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qohumu X.Bəyişova xəsarət yetirmişdir
14.08.2015Avqustun 15-də Beyləqan rayonunun Qaradağlı kəndində kənd sakini Lətif Bəyişov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qohumu Xəqani Bəyişova xəsarət yetirmişdir. RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Bəyişov tutulmuş və ondan hadisəni törədərkən istifadə etdiyi “TOZ” markalı tüfəng götürülmüşdür.