Yanvar ayının 28-də Şəmkir şəhərində avtomobillə vurulmuş S.Səfərov xəstəxanada ölmüşdür
14.08.2015Cari il yanvar ayının 28-də Şəmkir şəhərində rayon sakini İlkin Hüseynov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Səyyaf Səfərovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada avqustun 14-də orada ölmüşdür.
Araşdırma aparılır.