Bakı şəhər sakinləri Orxan və Sabit Əsgərlilərə bıçaqla xəsarətlər yetirmiş şəxslər tutulmuşlar
27.07.2015İyulun 28-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindən Bakı şəhər sakinləri Orxan Əsgərli və qardaşı Sabit kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmiş, Sabit orada ölmüşdür.
Suraxanı RPİ 33-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Bakı şəhər sakinləri Cavid İsgəndərov və Cavanşir Cəfərzadə tutulmuşlar.