Sabirabad rayon sakini A.Alışov tüfəngdən açdığı atəşlə arvadına və sonra özünə xəsarət yetirmişdir
27.07.2015İyulun 28-də Sabirabad rayonunun Ulacalı kənd sakini Azad Alışov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə arvadı Sədaqətə, sonra özünə xəsarət yetirmişdir. Nəticədə onlar hər ikisi xəstəxanaya yerləşdirilmişdir.
Zaqatala RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd “İJ” markalı tüfəng götürülmüşdür.