İyulun 20-də V.Əsgərova məxsus velosipedi oğurlamış bir qrup Abşeron rayon sakini tutulmuşdur
22.07.2015Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 20-də Vasif Əsgərova məxsus velosipedi oğurlamış Abşeron rayon sakinləri Əli Əzizov, Seymur Xıdırov və Cəbrayıl rayon sakini Nəsimi Quliyev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların iyul ayı ərzində Fuad Dadaşova, Elçin Bağırova, Oqtay Quliyevə, Oksana Fokinaya və Əbdül Qasımova məxsus velosipedləri oğurlamaları da müəyyən edilmişdir.