Şahbuz rayonunun Daylaqlı kəndində yol-nəqliyyat hadisəsi
22.07.2015İyulun 22-də saat 23 radələrində, Şahbuz rayonunun Daylaqlı kəndində Naxçıvan şəhər sakini Məhərrəm Əliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən kənd sakini Ramin Novruzovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada iyulun 23-də orada ölmüşdür.