Göygöl rayonu ərazisində sərxoş vəziyyətdə ictimai qaydanı kobud şəkildə pozduqları üçün 3 nəfər zərərsizləşdirilərək saxlanılmışlar
20.07.2015İyulun 20-i saat 20 radələrində Göygöl rayonunun Çaylı kəndində, kənd sakinləri Rəşid Əliyev, oğlu Rəşad və yaxın qohumları Rövşən Həsənov sərxoş vəziyyətdə ictimai qaydanı kobud şəkildə pozduqları üçün ərazidə xidməti vəzifələrini yerinə yetirən RPŞ-nin əməkdaşları Habil Əliyev və Ramin Həmidov onları intizama dəvət etmişlər. Polisin qanuni tələbinə riayət etməyən qayda pozucuları öz qanunazidd hərəkətlərini davam etdirərək asayış keşikçilərinə qarşı fiziki zor tətbiq etmişlər. Dərhal görülmüş tədbirlər nəticəsində onların hər 3-ü zərərsizləşdirilərək saxlanılmışlar.
Faktla əlaqədar rayon prokurorluğunda CM-nin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilən xuliqanlıq) maddələri ilə cinayət işi qaldırılıb.