Narkotik vasitə ilə tutulmuş Mansur Məhərrəmovun digər oğurluq əməlləri də müəyyən edilmişdir
20.07.2015İyulun 20-də Ağdaş RPŞ əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Mansur Məhərrəmovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə, onun, cari il fevral və may aylarında rayon sakinləri Dürdanə Yusifovanın və Tapdıq Şərifovun yaşadıqları evlərdən pəncərədən girmək yolu ilə ümumilikdə 2080 manat, qızıl və məişət əşyaları oğurlaması müəyyən edilmişdir.