Avtomobil qaçırmış Masallı rayonu Ərkivan qəsəbə sakini Əfruz Əliyev tutulmuşdur
20.07.2015İyulun 21-nə keçən gecə Masallı rayonunun Qəriblər kəndindən Bakı şəhər sakini Şahid Orucova məxsus “Mercedes” markalı avtomobil qaçırılmışdır.
RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayonun Ərkivan qəsəbə sakini, axtarışda olan Əfruz Əliyev tutulmuşdur.
Masallı RPŞ tərəfindən araşdırma aparılır.