Münaqişə zəminində tüfəngdən açdığı atəşlə Sabirabad rayon sakini N.Təhməzovu qətlə yetirmiş Bakı şəhər sakini F.İsparov özünü də öldürmüşdür
10.07.2015İyulun 11-də Sabirabad rayonunun Moranlı kəndində Bakı şəhər sakini Firdovsi İsparov münaqişə zəminində tüfəngdən açdığı atəşlə kənd sakini Natiq Təhməzovu qətlə yetirərək hadisə yerini tərk edib həmin kənddəki evinə qayıtmış və orada tüfəngdən açdığı atəşlə özünü də öldürmüşdür.
Sabirabad RPŞ əməkdaşları tərəfindən hadisə yerindən “Liberty” markalı ov tüfəngi götürülmüşdür.
Araşdırma aparılır.